Batumidə, Tsereteli küçəsində, munisipal inspeksiya tərəfindən küçə ticarətçilərinin təzgahlarının yığışdırılması səs-küyə səbəb oldu
Batumidə, Tsereteli küçəsində, munisipal inspeksiya tərəfindən küçə ticarətçilərinin təzgahlarının yığışdırılması səs-küyə səbəb oldu

Batumidə, Tsereteli küçəsində, munisipal inspeksiya tərəfindən küçə ticarətçilərinin təzgahlarının yığışdırılması səs-küyə səbəb oldu.

Meriyanın şəhər xidmətinin nümayəndələri balıq satanlardan əraziyi boşaltmalarını tələb etdilər.

Onların dediyinə görə, Tsereteli küçəsində yaşayan əhalidən şikayətlər alırlar ki, küçədə ticarətə görə, orada anti-sanitariya yaranır.

Küçə ticarətçiləri polisə müqavimət göstərdilər, ancaq bir neçə vaxta əraziyi boşaltdılar.

Tsereteli küçəsində, küçə ticarətçiləri illərdir qida məhsulları satırlar.

Bir il bundan öncə, Batumi meriyası küçədə ticarəti tamamilə qadağan etdi.