Batumidə tır munisipal avtobusla toqquşub

 

Batumidə, Tamar Mepe prospektində tır munisipal avtobusla toqquşub. Hadisə nəticəsində sürücü və 5 sərnişin xəsarət alıb.

Təcili tibbi yardım briqadası avtobus sürücüsünü “Medcenter”ə, sərnişinləri isə “Medalfa” klinikasına aparıb. Sürücünün vəziyyəti stabildir. Həkim yaralının tezliklə klinikanı tərk edəcəyini bildirib. Xəsarət alan sərnişinlərə gəlincə, üç nəfərin xəsarətləri yüngül olub və onlar artıq evə buraxılıblar, ikisi isə yüngül beyin silkələnməsi ilə bu vaxtadək klinikadadır.

Hadisə səbəbilə Batumi-Kobuleti maqistralında hərəkət müvəqqəti olaraq məhdudlaşmışdı.