Batumidə tikilməkdə olan obyektdən  işçi düşüb və həlak olub
Batumidə tikilməkdə olan obyektdən  işçi düşüb və həlak olub

 

 Batumidə tikilməkdə olan obyektdən  işçi düşüb.O, yerindəcə dünyasını dəyişib.

DİN-dən Gürcüstanın Birinci Kanalına  bildirildiyi üzrə Gürcüstan Cinayət Məcəlləsinin 240 –cı maddəsinin ikinci hissəsi ilə cinayət işi açılıb.Bu isə mədən,inşaat və digər işlərin görülməsi zamanı təhlükəsizlik normalarının pozulması  səbəbi ilə insan həyatına son qoyulmasını nəzərdə tutur.

 Hadisə yerində hüquq-mühafizəçilər və ekspert-kriminalistlər işləyirlər.

 

 

Hazırladı-Sevinc Mustafayeva