Batumidə tələbələr aksiya keçirirlər
Batumidə tələbələr aksiya keçirirlər

 
Batuminin Şota Rustaveli Dövlət Universitetinin və Dəniz Akademiyasının tələbələri “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı etiraz aksiyasına qoşulublar.

Onlar təhsil müəssisələrinin administrasiyasını və bütün tələbələri tətil elan etməyə çağırırlar.

“Mühazirəçilər, çıxın və tələbələrinizin yanında dayanın”-deyə universitetin dəhlizlərində şüarlar eşidilir.

“Biz bütün auditoriyaların qapılarını açacağıq və onları çıxmağa çağıracağıq! Bu gün Gürcüstanın azadlığının taleyi həll olunur. Çıxın, bizə qoşulun!” – deyə aksiyanın təşkilatçılarından biri deyir.

Tələbələr bu dəqiqələrdə universitetin həyətinə toplaşırlar.