Batumidə “Milli Hərəkatın” etiraz aksiyası başa çatdı.
Etiraz edənlərin bir hissəsi Acarıstan iqtidarının binasının yanında sabaha qədər qalacaq. Onlar orada artıq bir çadır qurublar.
Aksiya təşkilatçılarının bəyanatına görə, çadırların sayı artacaq.
“Bugün aksiyamızı başa çatdırdıq, ancaq burada hər gün aksiyalar keçiriləcək. Dəstəkçilərimizə müraciət edirik ki, hər gün buraya gəlsinlər. Noyabrın 8-də, Tbilisiyə paralel olaraq, böyük aksiya burada da keçiriləcək” – Birinci Kanal ilə söhbət zamanı partiyanın nümayəndəsi Levan Varşalomidze bəyan etdi.
Etiraz aksiyası Batumidə saat 17:00-da başladı.
Etiraz edənlərin əsas tələbi seçkilərin yenidən keçirilməsi və MSK administrasiyasının dəyişdirilməsi idi.
“Milli Hərəkat” Acarıstan Ali Şurasının deputat mandatlarından imtina edir.
MSK-nın ilkin göstəricilərinə görə, Ali Şurada baryeri sadəcə “Gürcü Arzusu” və birləşmiş müxalifət keçiblər.