Batumidə yanğının baş verdiyi “Leoqrand” mehmanxanası yeni kurort mövsumunda yeni adı ilə açılacaq. Mehmanxananın yeni adı “Velmond” olacaq.
Bu barədə bəyanatı mehmanxananın vəkili Kaxa Tsereteli verdi.
Təhlükəsizlik tədbirlərinin daha da qorunması məqsədi ilə, mehmanxana administrasiyası ventilyasiya, isidmə və digər elektrik sistemlərini binadan kənara çıxartdı.
11 nəfərin ölümünə səbəb olan yanğınla bağlı istintaq hələdə davam edir.
Ölənlərin ailəsinə mehmanxana sahibi gərəkən kompensasiyası ödədi.