Acarıstan Səhiyyə Nazirliyinin məlumatına görə, Batumidə koronavirusdan yenə bir nəfər sağaldı.
Pasiyentin analiz nəticələri günün ikinci yarısında bəlli oldu.
Pasiyent Batuminin Respublika Xəstəxanasını tərk etdikdən sonra, orda 16 pasiyent qalır.
Sabah səhər isə, klinikaya yerləşdirilən 42 nəfərin analiz nəticələri məlum olacaq.