Batumidə koronavirus bir ailənin beş üzvündə aşkarlandı, onların arasında iki az yaşlı var

Batumidə koronavirusun beş yeni halı qeydə alınıb. Hamısı bir ailənin üzvləridir.

Acarıstan Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirusa yoluxanlar, dünən infeksiyaya yoluxduğu təsdiqlənən sürücünün ailə üzvləridir.

Uşaqlar anaları və nənələri ilə bərabər, Tbilisiyə gətiriliblər, uşaqların xalası isə, Batuminin Respublika Xəstəxanasına yerləşdirilib.

Xatırladaq ki, Gürcüstanda son 24 saat içində koronavirusun səkkiz yeni halı qeydə alındı və beş pasiyent sağaldı.