Batumidə gecə qətl hadisəsi baş verib
Batumidə gecə qətl hadisəsi baş verib

 
Batumidə gecə qətl hadisəsi baş verib.

Mövcud məlumata əsasən, qətlə yetirilən orta yaşlı kişini sahildə yoldan keçən şəxs taparaq polisə məlumat verib.

Dünyasını dəyişmiş kişiyə ehtimal ki, xəsarətlər soyuq silahla yetirilib.

Qətlin motivi və səbəbi məlum deyil.

Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin 108-ci qəsdən adam öldürmə maddəsi ilə iş açıldığına, istintaqın davam etdiyinə dair məlumat yayır.