Batumidə dənizdə partlayış səsi eşidilib
Batumidə dənizdə partlayış səsi eşidilib

 

Batumidə güclü partlayış səsi eşidilib. İlkin məlumata görə, sahildən təxminən 30 metr aralıda dənizdə naməlum əşya  partlayıb. Versiyalardan birinə əsasən bu, sualtı mina ola bilər. Hələlik təfərrüatlar məlum deyil.

Hadisə yerində Daxili İşlər Nazirliyinin müvafiq xidmətləri işləyir, xilasedicilər də səfərbər olunublar.