Batumidə bu gün Gürcüstan müftisini seçirlər.
Müfti seçkiləri beş ildə bir dəfə keçirilir və müftiyi 19 nəfərdən ibarət müsəlmanlar şurası seçir.
Fəaliyyətdə olan müfti Beqlar Kamaşidzenin səlahiyyət müddəti başa çatdı və o seçkilərdə artıq iştirak etmir.
Beqlar Kamaşidze müsəlmanlar şurasının bu günki iclasını qapalı elan etdi və medya nümayəndələrindən zalı tərk etmələrini xahiş etdi.
Yayılan məlumata görə, müfti vəzifəsinə, hazırda müftinin müavini olan Adam Çantadze seçiləcək.