Batumidə bayram tədbirlərinin təşkilatçılarının, operatorların və fotoqrafların aksiyası keçirildi
Batumidə bayram tədbirlərinin təşkilatçılarının, operatorların və fotoqrafların aksiyası keçirildi

Batumidə bayram tədbirlərinin təşkilatçılarının, operatorların və fotoqrafların aksiyası keçirildi.

Aksiya iştirakşıları Avropa Meydanında “Bizə fikir verin”, “Mən özümü işlə təmin edirəm”, Toylar sadəcə qohum-əqrəbə yığıncağı deyil” kimi transparantlarla getdilər.

Onlar iqtidardan çox insanlı tədbirlərin keçirilməsi üçün nə zaman icazənin vericəyi ilə bağlı cavab tələb edirlər.

“İyulun 15-dən bu növ tədbirlərin hansı formada keçirilməsi üçün izin veriləcəyi ilə bağlı cavab gözləyirik. Hazırda gəlirimiz sıfırdır. Acarıstanda bayram tədbirlərinin təşkilində 7000 nəfər işləyirdi.

Bunlar sadəcə fotoqraflar və operatorlar deyil, operatorlar, aşçılar, ofisiantlar, dizaynerlər və sairədir və biz də yaşamaq istəyirik” – dedi aksiya iştirakçılarından biri Arçil Manvelidze.