Batumidə avtoqəza nəticəsində 6 yaşlı uşaq həlak oldu
Batumidə avtoqəza nəticəsində 6 yaşlı uşaq həlak oldu

Batumidə avtoqəza nəticəsində 6 yaşlı uşaq həlak oldu.

Uşağı avtomobil, atası və qardaşı ilə küçədə gedərkən vurub.

Təcili tibbi yardım hadisə yerinə gedənə qədər uşaq həyatını itirmişdi.

Daxili İşlər Nazirliyi baş verən faktla bağlı cinayət məcəlləsinin 276-cı maddəsi ilə istintaq başladıb.

Maddə nəqliyyat vasitəsi ilə təhlükəsiz hərəkət və ekspluatasiya qaydalarının pozulmasını nəzərdə tutur.