Batumidə, Avropa meydanında vətəndaşların bir hissəsi koronavirusla bağlı məhdudiyyətləri etiraz etdi
“Məktəbləri açın”, “Uçuşları bərpa edin”, “İş yerlərimizi qaytarın”, “kazinoları açın”, – bu və digər lozunqlarla Batumidə, Avropa meydanında vətəndaşların bir hissəsi regionda epid-vəziyyətə görə qoyulan məhdudiyyətləri etiraz etdi.
Aksiya iştirakçıları, hansılarının arasında çoxu restoranlar və əyləncə mərkəzlərinin işçiləridir, bəyan edirlər ki, məhdudiyyətlərə görə, onlar faktiki olaraq, işlərini itirdilər və işsizlik xalq üçün virusdan daha böyük təhlükədir.
“Mən restoranda musiqiçiyəm. Saat ondan sonra bağlı olan restoranda necə çalışım, qaldım işsiz. İşim olsa da, işə getməyə nəqliyyat yoxdur. Taksi pulum olsa, da heç iş istəməzdim. İşsizlikdən və aclıqdan mı öləcəm, yoxsa koronavirusdan mı, mənim üçün hem bir fərqi yoxdur” – dedi aksiya iştirakçısı.
Aksiya iştirakçılarının bir hissəsi 200 larilik kompensasiya alır, ancaq, bu məbləğ bank kreditlərini ödəməyə yetmir.
Onlar banklardan da, güzəşt və kredit ödənişlərini təxirə salınmasını tələb edirlər.