Batumidə, aksiya zamanı polis əməkdaşının zərər görməsi faktı ilə bağlı istintaq başlaya bilər
Batumidə, aksiya zamanı polis əməkdaşının zərər görməsi faktı ilə bağlı istintaq başlaya bilər

Acarıstanın Polis Departamentinin rəhbəri Konstantine Ananiaşvilinin bəyanatına görə, Batumidə müxalifət dəstkəçkiləri və hüqumühafizəçilər arasında baş verən qarşıdurma nəticəsində, bir polis əməkdaşının yaralanması faktı ilə bağlı istintaqın başlaması ehtimal olunur.

Ananiaşvilinin dediyinə görə, dəqiq qərar haqqında məlumat müəyyən təfərrüatlar öyrənildikdən sonra veriləcək.

“Zərər görən polis əməkdaşı ilə söhbət etdikdən sonra, fakta müvafiq hüquqi dəyərləndirmə veriləcək. Polis əməkdaşı çox ciddi xəsarət almayıb, o hazırda klinikada müalicə olunur” – dedi Konstantine Ananiaşvili.

Bugün Batumidə aksiya iştirakçıları və polis əməkdaşları arasında fiziki qarşıdurma baş verdi. Qarşıdurma zamanı bir neçə nəfər həbs edildi.