Batumidə, 26 May küçəsində yaşayış binasının bir hissəsi çöküb

 

Batumidə, 26 May küçəsində yeddi mərtəbəli binanın bir hissəsi çöküb.

Mövcud məlumata görə, binada yaşayan sakinlər dağıntılar altında qalıblar, axtarış-xilasetmə işləri aparılır.

Hadisə yerinə Fövqəladə Halların İdarəedilməsi Xidmətinin əməkdaşları və təcili yardım qrupları səfərbər olunub.