Batumi Respublika Xəstəxanasının həkimi koronavirusdan həlak oldu

Batumi Respublika Xəstəxanasının həkimi koronavirusdan həlak oldu.

62 yaşlı həkim son doqquz gün ərzində eyni klinikada müalicə görürdü.

Klinikada bəyan edirlər ki, pasientin vəziyyəti o qədər tez zamanda ağırlaşdı ki, həkim həmkarları onu xilas edə bilmədilər.

Batumi Respublika Xəstəxanasınınklinik meneceri Gia Kikabidzenin dediyinə görə, pasientin vəziyyəzi qənaətbəxş idi və bugün hətta xəstəxanadan çıxmalı idi.

“Ola bilsin ki, pasientdə tromboemboliya və yaxud infarkt yarandı, bütün bunlar inanılmaz dərəcədə tez baş verdi” – dedi Gia Kikabidze.

Batumidə bügün koronavirusdan orta yaşlı tibb bacısı da həlak oldu.  O Şuaxevi klinikasında işləyirdi.

Acarıstan regionunda son 24 saat ərzində, doqquz covid-infeksiyalı həyatını itirib.