Batumi Respublika Xəstəxanasında koronavirusdan 81 yaşlı kişi həlak oldu

Gürcüstanda koronavirusdan 40-cı pasiyent həyatını itirdi.

Vəfat edən şəxs Acarıstan sakini olan 81 yaşlı kişidir.

O Batumi Respublika Xəstəxanasında müalicə olunurdu.

Acarıstan Səhiyyə Nazirliyinin məlumatına görə, pasiyent xəstəxanaya sentyabr 28-də koronavirus diaqnozu ilə aparılmışdı. Həmçinin, iki tərəfli pnevmoniyası, ürək ateroskleroz xəstəliyi, arterial hipertenziya və xronik böyrək çatışmamazlığı var idi.

“Klinikada bütün gərəkən tədbirlər keçirildi, ancaq, təəssüf ki, pasiyent xilas edilə bilmədi. Sentyabrın 30-da gecə saatlarında pasiyent vəfat etdi” – deyilir Nazirliyin məlumatında.