Batumi Bulvarında "Milli Hərəkat" majoritar deputatlığa namizədlərini və seçki proqramını təqdim etdi
Batumi Bulvarında "Milli Hərəkat" majoritar deputatlığa namizədlərini və seçki proqramını təqdim etdi

“Milli Hərəkat – Güc birlikdədi” – Batumi bulvarında görüş keçirdi və majoritar deputatlığa namizədləri tədim etdi.

Tədbirdə “Milli Hərəkatın” nümayəndəsi Murman Dumbadze nitqlə çıxış etdi.

“2020-ci ilin oktyabrın 31-də, axşam saat 20:01-də, sizin əlinizlə, Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin vətəndaşlığı bərpa olunacaq.

Oktyabrın 31-də, axşam saat 20:01-də, Gürcüstanın üçüncü prezidentinə, Gürcüstanda siyasi fəaliyyəti üçün tam azadlıq veriləcək. O Gürcüstana qayıdacaq” – dedi Dumbadze.

Partiya tərəfdarları sabiq prezidentin və hazırda Ukraynanın İslahatlar Şurasının icraçı komitəsinin rəhbəri Mixeil Saakaşvilini video-müraciətini də dinlədilər.