Batumi-Axaltsixe yolunda, Qulebi kəndi yaxınlığında sürüşmə inkişafı ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Batumi-Axaltsixe yolunda, Qulebi kəndi yaxınlığında sürüşmə inkişafı ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, güclü leysan nəticəsində dövlətdaxili əhəmiyyətə malik Batumi (Anqisa)-Axaltsixe avtomobil yolunun 38-ci kilometrliyində, Qulebi kəndi hissəsində torpaq sürüşməsi əmələ gəlib və nəticədə bağlanmasına səbəb olub.

“Hazırda sözügedən hissədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Əraziyə Avtomobil Yolları İdarəsinin texnikası və insan resursları səfərbər olunub. Hərəkətin qısa müddətdə bərpası üçün təmizləmə işləri aparılır. Yolsuzluq avtomobillərindən istifadə edərək Akutsa kəndindən keçən dövlətdaxili əhəmiyyətə malik avtomobil yolunda hərəkət etmək mümkündür”, – məlumatda qeyd olunur.