Batumi-Axaltsixe avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti qadağan edilib
Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentindən verilən məlumata görə, Batumi-Axaltsixe avtomobil yolunun 92-ci km-də (Beğleti kəndi) sürüşmə baş verib, bu səbəbdən bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.
Qurumdan verilən məlumata görə, mərkəzi yolun təmizlənməsinə yaxın vaxtlarda başlanılacaq və bir neçə gün davam edəcəyi gözlənilir. Yolun təmizlənməsi işləri yekunlaşdıqdan sonra nəqliyyatın hərəkəti yenidən mərkəzi yola yönəldiləcək.