Baş prokuror və prokurorluğun əməkdaşları "Sinofarm" vaksinası ilə peyvənd edildilər

Gürcüstanın baş prokuroru İrakli Şotadze “Sinofarm” vaksinası ilə peyvənd edildi.

Baş prokurorla bərabər, Nikoloz Kipşidze adına Mərkəzi Universitet Klinikasında baş prokurorun müavini və prokurorluğun digər əməkdaşları da vaksinasiya edildilər.

Prokurorluqda bəyan edirlər ki, vaksinasiya prosesi davam edir və prokurorluğun bütün əməkdaşları mərhələ şəklində peyvənd ediləcəklər.