Baş Prokuroluq önündə keçirilən aksiya zamanı qarşıdurma baş verdi
Baş Prokuroluq önündə keçirilən aksiya zamanı qarşıdurma baş verdi

“Uşaqlar Aləminin” yanğını nəticəsində zərər çəkənlər və polis arasında qarşıdurma baş verdi.

Zərər çəkənlər Prokuroluq önündə çadırların quraşdrılmasını planlaşdırırdılar. Buna isə hüquqmühafizəçilər imkan vermədilər.

Onların əsas tələbi,  direktor Giorgi Maçavarianinin və “Uşaqlar Aləmi” Səhmdar Cəmiyyətinin aksiyonerlərininin cinayət məsuliyyətinə cəlb olunmalarıdır.

Aksiya iştirakçıları İrakli Şotadzenin istefasını da tələb edirlər.

Zərər çəkənlər, tələblərinin yerinə yetirilmədiyi təqdirində, permanent aksiyalarla hədələyirlər.