Baş nazirin sözlərinə görə, təbii fəlakət bölgəsində xilasetmə işlərinə müdafiə qüvvələri də cəlb olunacaq
Baş nazirin sözlərinə görə, təbii fəlakət bölgəsində xilasetmə işlərinə müdafiə qüvvələri də cəlb olunacaq

Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin sözlərinə görə, xilasedicilərlə yanaşı, təbii fəlakət zonasında axtarış-xilasetmə tədbirlərinə müdafiə qüvvələri də cəlb olunacaq.

“Bu prosesə xilasedicilərlə yanaşı ordumuz, müdafiə qüvvələrimiz də cəlb olunacaq. Onlar xüsusi texnika ilə gəlib xilasedicilərə aktiv axtarışları davam etdirməyə kömək edəcəklər. Mən özüm parlamentin sədri və nazirlərimizlə birlikdə fəlakət zonasını görmüşəm və görüntüləri görürsünüz ki, vəziyyət nə qədər ciddidir. Kotteclər nəhəng palçıq kütləsi ilə örtülmüşdür. Çox çətin vəziyyətdir”, – deyə İrakli Ğaribaşvili bildirib.