Baş nazirin rəhbərliyi ilə, idarələrarası koordinasiya şurasının iclası keçirildi

Gürcüstanın baş naziri Giorgi Qaxarianın rəhbərliyi ilə, idarələrarası koordinasiya şurasının növbəti iclası keçirildi.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, şura üzvləri video-konfrans formatında məhdudiyyətlərin qaldırılmasının və iqtisadiyyatın bərpasının ilk mərhələsinin gedişatı və növbəti tədbirlər müzakirə edildi.

İclasda həmçinin, Gürcüstan iqtidarı tərəfindən təqdim edilən sosiyal və iqtisadi anti-böhran planı müzakirə olundu, hansının çərçivəsində, növbəti həftə hər nazirlik öz sahəsi üzrə, təfərrüatlı məlumat təqdim edəcək.

Kənd Təsərrüfatı Naziri Levan Davitaşvili iclasda bəyan etdi ki, ərzaq ehtiyyatları ilə bağlı ölkədə problem yoxdur.

Şura iclasında həmçinin, Çindən bu səhər gətirilən tibbi produksiya – PCR testlər, anti-bədən testləri, kombinezonlar və virusdan qorunmaq üçün digər əşyalar haqqında qeyd edildi.

Həmçinin, qeyd edildi ki, xaricdə qalan Gürcüstan vətəndaşlarının ölkəyə qaytarılması prosesi davam edir.