Baş nazir Yaponiya səfiri ilə görüşdü
Baş nazir Yaponiya səfiri ilə görüşdü

Gürcüstanın baş naziri Giorgi Qaxaria Yaponiya səfiri Akira İmamura ilə görüşdü.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, görüşdə söhbət iki ölkə arasındaki mübasibətlərə toxundu.

Baş nazir Yaponiyalı diplomata Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə Yaponiyanın hörmət etdiyi üçün təşəkkür etdi və qeyd etdi ki, Yaponiya beynəlxalq arenada Gürcüstanın yaxın partnyorlarından biridir.

Görüşdə həmçinin, iqtisadi əməkdaşlıq məsələləri müzakirə olundu.

Ticari və iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi zərurəti xüsusi ilə vurğulandı.