Baş nazir və Giqa Bokeria arasında mübahisə baş verdi - Cənab Giqa, əgər elə bilirsinizsə ki, partiyanızın rebrendinqi kimisə inandırdı, çox yanılırsınız!

Baş nazirin parlament azlığının suallarına cavab vermək üçün iştirak etdiyi iclasda, baş nazir və “Avropa Gürcüstanı”-nın lideri Giqa Bokeria ilə sözlü münaqişə baş verdi.

“Cənab Giqa, əgər siz elə bilirsinizsə ki, partiyanızın rebrendinqi kimisə inandırdı, çox yanılırsınız!” – dedi Giorgi Kvirikaşvili.