Baş nazir ranqında Giorgi Qaxaria parlamentə illik hesabat təqdim edəcək
Baş nazir ranqında Giorgi Qaxaria parlamentə illik hesabat təqdim edəcək

Gürcüstanın yeni hökümət tərkibinin təsdiqlənməsindən sonra, Giorgi Qaxaria baş nazir ranqında parlamentə illik hesabat təqdim edəcək.

Xatırladaq ki, iyunun 20-də parlamentin qabağında baş verən hadisələrə görə, sabiq baş nazir Mamuka Baxtadze tərəfindən hazırlanan illik hesabatın təqdim edilməsi təxirə salınmışdı.

Hazırlanan illik hesabat 212 səhifəlidir.

Hesabatda ölkənin xarici siyasəti, təhlükəsizliyi və müdafiyəsi, həmçinin ölkənin iqtisadi inkişaf prosesləri, təhsil sahəsi və insan hüquqları baxımından həyata keçirilən islahatlar haqqında bəhs edilir.