Baş nazir Batumi limanında ölkəyə 63 000 kq qida məhsulu və medikament gətirən iki gəmiyi qarşıladı

Batumi limanına iki gəmi daxil oldu. Birinci gəmidə – 40 000kq qida məhsulu, ikincisində isə, – 23 000kq medikamentlər var.

Gəmiləri Batumi limanında baş nazir Giorgi Qaxaria qarşıladı.

Baş nazirin dediyinə görə, Batumi limanında gəmilərin təhlükəsiz və vaxtında gediş-gəlişi təmin edilib.

Limanda gəmilər dezinfeksiya edilir və termoskrininqdən keçirilir.