Baş nazir ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın səfirləri ilə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı danışıb
Baş nazir ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın səfirləri ilə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı danışıb

 
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-ın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Robin Danniqan, Avropa İttifaqının səfiri Pavel Herçinski və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının fövqəladə və səlahiyyətli səfiri Mark Kleytonla görüşüb.

Hökumət Administrasiyasının yaydığı məlumatda, görüşdə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin müzakirə olunduğu deyilir.

Baş nazir, qanunun bütün əsas hüquqi prinsiplərə tam uyğun olduğunu və yeganə məqsədə-qeyri-hökumət təşkilatları və müvafiq media vasitələrinin maliyyələrinin illik olaraq ictimailəşdirilməsinə xidmət etdiyini qeyd edib.

İrakli Kobaxidze bildirib ki, hakimiyyətin özünün şəffaflıq nümunəsi göstərməsi və hökumətin bütün qərarlarının və ya hüquqi aktların dərc olunması fonunda qeyri-hökumət təşkilatları üçün şəffaflığın minimum standartının təmin edilməsinin niyə qəbuledilməz olduğu anlaşılmazdır.

Hökumət Administrasiyasında açıqlandığı kimi, hökumət başçısı bir daha gürcü cəmiyyətində və Gürcüstanın dostlarında heç bir sualın qalmaması üçün hakimiyyətin qanunla bağlı açıq müzakirəyə tam hazır olduğunu təsdiqləyib.