"Barselona" öz valyutasını buraxır
"Barselona" öz valyutasını buraxır

“Barselona” futbol klubu “Chillz” blokçeyn-platform ilə qalobal partnyorluq barəsində müqavilə imzaladı. “Chillz” idman və əyləncə sahəsində fəaliyyət göstərir. Bu barədə “Barselonanın” mətbuat xidməti yazır.

Klub dövriyyəyə virtual valyutanı – “$BAR” (Barselona dollarını) daxil edir. Bu valyutanın yardımı ilə, pərəstişkarlar klubun həyatında fəal iştirak edə bilərlər və müxtəlif hədiyyələr ala bilərlər.

2020-ci ili yazı üçün 40 milyon Barselona dolları yaradılacaq. Hər bir vahid iki avro dəyərində olacaq.

“Barselona” bu istiqamət ilə pioner deyil. Bundan əvvəl öz valyutasını “PSG” Fransa klubu buraxmışdır.