Barak Obama - Krıma silahlı müdaxilənin olmamasının bir səbəbi var idi, çünki orada çoxsaylı rusdilli əhali və Rusiyanın təmsil etdiyi fikirlərə müəyyən simpatiya var idi
Barak Obama - Krıma silahlı müdaxilənin olmamasının bir səbəbi var idi, çünki orada çoxsaylı rusdilli əhali və Rusiyanın təmsil etdiyi fikirlərə müəyyən simpatiya var idi

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın fikrincə, Ukraynanın 2014-cü ildə Qərbdən indiki kimi dəstək almamasının səbəbləri var. Bu barədə o, “CNN”ə müsahibəsində danışıb.

Obamanın sözlərinə əsasən, 2014-cü ildə Ukrayna “bu gün haqqında danışdığımız Ukrayna deyildi”.

“Krıma silahlı müdaxilənin olmamasının bir səbəbi var idi, çünki orada çoxsaylı rusdilli əhali və Rusiyanın təmsil etdiyi fikirlərə müəyyən simpatiya var idi. Ukraynada siyasət daha çətin idi”, – Obama bildirib.

ABŞ-ın keçmiş prezidenti Rusiya ilə yaxınlaşması və kifayət qədər sərt olmadığı üçün tənqid edilən Almaniyanın keçmiş kansleri Anqela Merkeli də dəstəkləyib.