Banqladeşli qadınlar artıq evlənmədən öncə bakirəlik haqqında məlumat verməli olmayacaqlar

Banqladeşli qadınlar artıq evlınmədən öncə bakirəlik haqqında məlumat verməli deyillər.

Bu haqda qərarı Banqladeşin Ali Məhkəməsi verdi.

Qərara əsasən, evliliyin qeydiyyat formasında qadının bakirə olub, olmadığı haqqında məlumat qrafası artıq olmayacaq.

Bakirəlik yerinə, qadının subay olduğu yazılacaq.

Eyni qərara əsasən, qeydiyyat formasında dul və boşanmış qrafaları qalacaq.

Banqladeşdə qadın hüquqlarını qoruyan təşkilatlar məhkəmə qərarı ilə tamamilə razıdırlar. Onların dediyinə görə, evlilik vəsiqəsində belə bir qrafanın olması qadınlar üçün təhqir edici idi.

Bununla yanaşı, Banqladeşin Ali Məhkəməsinin qərarı ilə, bundan sonra ailə vəziyyəti haqqında blankları kişilər də dolduracaqlar.