"Biltmor" mehmanxanası yanında işlə təmin olunma arzusunda olanların növbəsi durur (video)

Tbilisidə, “Biltmor” mehmanxanası yanında, Sosial Xidmətlər Agentliyinin təşkil etdiyi işlə təmin olunma forumu keçirilir. Birinci Kanalın jurnalistinin dediyinə görə, mehmanxana yanında işlə təmin olunma arzusunda olanların növbəsi durur.

Forumda, Gürcüstanda fəaliyyət göstərən 60 şirkət təqdim olunub və 1600-dən çox insan qeydə alınıb, bunlar arasında məcburi köçkünlər, məhdud imkanlara malik insanlar var.

Sosial Xidmətlər Agentliyinin rəhbəri, Zaza Sopromadzenin bəyan etdiyinə görə, arzu edənlərin sayı hər il artır və həmçinin şirkətlər tərəfindən də fəallıq var.

Elə onun dediyinə görə, hazırda 400-dən artıq mövqeyə vakansiya elan edilib. İştirak edən şirkətlər vakansiyaları, xidmət, bank, ticarət, sənaye, maliyyə və başqa sahələrindən təqdim edirlər.

Sosial Xidmətlər Agentliyinin həmiştirakı və təşkili ilə, bütün Gürcüstan miqyası ilə, 2017-ci ildə 12 işlə təmin etmə forumu və bir festival keçirildi. “Biltmor” mehmanxanasında keçirilən 14-cü forum isə Sosial Xidmətlər Agentliyi tərəfindən təşkil olunub.

Forum nəticəsində nə qədər insanın işlə təmin olunması bir aydan sonra məlum olacaq.