Baldi kanyonu yaxınlığında baş verən insident işi üzrə saxlanılan Xurtsilava qardaşları barəsində bu gün rəsmi ittiham irəli sürülüb
Baldi kanyonu yaxınlığında baş verən insident işi üzrə saxlanılan Xurtsilava qardaşları barəsində bu gün rəsmi ittiham irəli sürülüb.
İstintaq Qiqa Xurtsilavanı Gürcüstan Cinayət Məcəlləsinin 151-ci maddəsi, Qela Xurtsilavanı isə 19-108-ci maddəsi ilə məhkəməyə verir. Təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəçisi, saxlanılanların günahlarını boynuna götürmədiyini bildirir. Vəkilin izahatına görə, işdə müdafiə etdiyi şəxslərin günahını sübut edəcək heç bir dəlil yoxdur.
Senaki Rayon Məhkəməsi sabah təqsirləndirilən Qela və Qiqa Xurtsilava qardaşları barəsində qətimkan tədbirinin görülməsini müzakirə edəcək. Təqsirləndirilən şəxslər Senaki Rayon İdarəsinin ilkin həbs təcridxanasına yerləşdiriliblər.
Ehtimal ki, bu gün Baldi sakini İndiko Bjalava barəsində də ittiham təqdim olunacaq. İstintaq Bjalavanı Xurtsilava qardaşlarının ailə üzvünə qarşı təhdidə görə məhkəməyə verir. O, hazırda Potinin ilkin həbs təcridxanasına yerləşdirilib.