Bakurtsixe-Tbilisi avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər xəsarət alıb
Bakurtsixe-Tbilisi avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər xəsarət alıb

 
Bakurtsixe-Tbilisi avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər xəsarət alıb. Tır sərnişin mikroavtobusu ilə toqquşub. Hadisə bir az bundan əvvəl baş verib.

Hadisə şahidlərinin verdiyi məlumat üzrə, tırın sürücüsü sükana nəzarəti itirb, sürüşərək “Ford” markalı mikroavtobusla toqquşub.

Təcili tibbi yardım qrupları yaralıları Kaxetidəki iki klinikaya aparıblar. Hadisə yerinə polis səfərbər edilib, istintaq hərəkətləri aparılır.