Bakurianidə Dünya Çempionatı - mötəbər turnirə hazırlıq başa çatmaq üzrədir [Video] #1TVSPORT

 

Gürcüstan tarixdə ilk dəfə fristayl, snoubord və frisk üzrə dünya çempionatına ev sahibliyi edəcək. Turnir fevralın 16-dan martın 5-i də daxil olmaqla Bakurianidə keçiriləcək və yarışda 42 ölkənin 700 idmançısı iştirak edəcək.

Dünya çempionatının başlamasına bir neçə gün qalıb və mötəbər turnirə hazırlıq da başa çatmaq üzrədir. Xizək Federasiyasının nümayəndələri “Radisson” mehmanxanasında media nümayəndələri ilə görüşüb, onların suallarını cavablandırıblar. Onlar jurnalistləri və dəvət olunmuş qonaqları dünya çempionatına hazırlıq prosesi ilə tanış ediblər.

Tazo Qamtsemlidze – Dağ Yolları Agentliyinin direktor müavini: “Böyük iş görüldü. Ümumi həcmi üç milyon litr olan iki böyük göl yaradılıb. Bu Bakuriani üçün həyati əhəmiyyət daşıyırdı, çünki təbii qar getdikcə daha az yağır. Dekabr, yanvar ayları elə keçdi ki, faktiki olaraaq qar yağmadı. Əgər süni qar yağdırma olmasaydı, turnirin keçirilməsi həqiqətən təhlükə altında olardı. Ən son, müasir sistemlə təmin edilmiş süni qar yağdırma ilə 29 kilometrlik xizək yolu salınıb. Bu olduqca vacibdir – biz artıq mövsümə nə vaxt başlayacağımızı əvvəlcədən bilə biləcəyik və risklər minimuma endiriləcək.Bu səbəbdən effektiv və ölkə üçün çox vacib layihədir.

İnformasiya dəstəyinə görə İctimai Yayımçıya təşəkkür etmək istəyirəm. Onu da deyim ki, “Eurosport”da Bakurindən daimi canlı yayım olacaq. İndiki mərhələdə Bakurianidən 160 milyon tamaşaçı üçün canlı efirin alındığını artıq bilirik. Bu, çox vacibdir, çünki– qar, xizək sürməyi, ekstremal idmanı sevənlər məhz bizim hədəf seqmentimizdir. Bu insanlar Gürcüstanda Bakuriani kurortunun olduğunu, burada təhlükəsiz şəkildə gəlib konki sürə biləcəklərini görəcəklər.

Ekaterine Orconikidze- Bakurianinin İnkişaf Agentliyinin sədri: “Bu səviyyədə turnir keçiriləndə beynəlxalq səviyyəli idman infrastrukturu yaradılır. Bu, ölkə üçün çox vacibdir, çünki ölkə üçün, bu idman növləri ilə məşğul olan gənclərimiz üçün infrastruktur qalır. Fasadlar, hasarlar dəyişdirildi, Bakurianinin görkəmi tamamilə qaydasına salındı. Piyada, işıqlandırma sistemi təşkil edildi. İstər qonaqlar, istərsə də yerli sakinlər, hər yaşdan olan insanlar üçün əyləncə məkanları olacaq, konsertlər keçiriləcək”.