Bakurianidə axtarış-xilasetmə əməliyyatı davam edir, işlərə helikopter də qoşulub
Bakurianidə axtarış-xilasetmə əməliyyatı davam edir, işlərə helikopter də qoşulub

 
Bakurianidə axtarış-xilasetmə əməliyyatı davam edir.

Xilasetmə əməliyyatlarında Sərhəd Polisinin helikopteri iştirak edir, eləcə də xilasedici dronlardan istifadə olunur.

Bu gün Bakurianidə dağ yamacından qar kütləsi qopub. Mövcud məlumata görə, bir nəfərin qar uçqununun altında qaldığı ehtimal edilir.

Hadisə yerinə yanğınsöndürən-xilasedicilər və müvafiq bölmələrin nümayəndələri səfərbər olunub.