Bakuriani beynəlxalq yarışa ev sahibliyi edəcək
Bakuriani beynəlxalq yarışa ev sahibliyi edəcək

Fevralın 16-17-də Bakurianidə Beynəlxalq Xizək Federasiyasının (FIS) egidası ilə Ski Cross yarışı keçiriləcək.

Ski Cross 2010-cu ildən olipmik idmanının dissiplinidir. Bu il isə, ilk dəfə, beynəlxalq yarışa Gürcüstan ev sahibliyi edəcək.

İqtisadiyyat Nazirliyinin “Dağ kurortlarının inkişaf şirkətinin məlumatın görə, Ski Cross xizək fristaili, trassada dörd idmançının eyni zamanda iştirakını nəzərdə tutan dissiplinlərdən birini nəzərdə tutur.

Beynəlxalq yarışda iştirak etmək üçün qeydiyyatdan Avstriyalı, Çexiyalı, Slovakiyalı və Avstraliyalı idmançılar keçdilər. Yarışda 8 gürcü xizəkçisi iştirak edəcək.

Bakurianidə qazandıqları beynəlxalq ballar, onlara dünya kubokunun mərhələlərində iştirak etmək imkanı verəcək.

Yarış Didvelinin birinci trassasında keçiriləcək.

Xizək trassasının tikilməsi üçün, Ski Kross dünya kubokunun dizaineri və inşaatçısı, fransalı mütəxəssis Tomas Gerlando gələcək.

Bu yarışma xizək və snoubord fristailinin 2023-cü ilin çempionatının Gürcüstanda keçirilməsinin ilk mərhələsidir.

2023-cü ilin çempionatı məhz Bakurianidə keçiriləcək.