Bakı-Tbilisi-Qars dəmir yolunun müvəffəqiyyətini Çinlə ticari-iqtisadi münasibətlər şərtləndirir
Bakı-Tbilisi-Qars dəmir yolunun müvəffəqiyyətini Çinlə ticari-iqtisadi münasibətlər şərtləndirir

“Bakı-Tbilisi-Qars” dəmir yolunun müvəffəqiyyətini əhəmiyyətli dərəcədə, Çindən artan ticari-iqtisadi münasibətlər şərtləndirir”, – bu barədə məlumatı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Bakı-Tbilisi-Qars dəmir yolunun  açılış mərasimində nitqlə çıxış zamanı verdi.

Giorgi Kvirikaşvili qeyd etdi ki, Gürcüstan “İpək yolunun” bərpasına da qatqı vermək istəyir.

“Əminəm ki, Bakı-Tbilisi-Qars yeni dəmir yolu marşrutu, bu məqsədə nail olmaqda əhəmiyyətli rol oynayacaq”, – dedi Giorgi Kvirikaşvili.

Baş nazirin dediyinə görə, cari ilin 28-29 noyabrında, Tbilisidə “İpək Yolunun” yüksək səviyyəli beynəlxalq forumu keçiriləcək, hansında ki, 40-dan artıq ölkənin iqtidar və özəl sektorunun nümayəndələri iştirak edəcəklər”.

“Təbii ki, əsas odur ki, burada təqdim edilən ölkələrin birliyinin nümayişi odur ki, biz münasibətlərimizi daha da möhkəmləndiririk, hansı ki, ölkələrimiz və regionumuz üşün uğur gətirəcək” – dedi Giorgi Kvirikaşvili.