Baqebidə atışma nəticəsində xəsarət almış iki nəfər Xechinaşvili Klinikasına yerləşdirilib

 

Baqebidə atışma nəticəsində xəsarət almış iki nəfər Xechinaşvili Klinikasına yerləşdirilib.Bu barədə Gürcüstanın Birinci Kanalına  Təcili-tibbi Yardımın  Mətbuat Xidmətindən məlumat veriblər.

Hadisə yerində,Samxarauli adına Ekspertiza Milli Bürosu yaxınlığında hüquq-mühafizəçilər işləyirlər.Əraziyə patrul polisinin bir neçə ekipajı cəlb olunub.

DİN-dən verilən məlumata görə, baş vermiş hadisə ilə əlaqədar  Gürcüstan Cinayət Məcəlləsinin  117-ci və 237-ci maddələri ilə istintaq aparılır.

 

 Hazırladı-Sevinc Mustafayeva