Bağdatinin Nerqeeti kəndində xilasedicilər təbii fəlakət bölgəsində daha bir insanın cəsədini aşkar ediblər
Bağdatinin Nerqeeti kəndində xilasedicilər təbii fəlakət bölgəsində daha bir insanın cəsədini aşkar ediblər

Bağdatinin Nerqeeti kəndində xilasedicilər təbii fəlakət bölgəsində daha bir insanın cəsədini aşkar ediblər.

Bu barədə Gürcüstanın Birinci Kanalının jurnalisti hadisə yerindən xəbər verir.

Məlum olduğu kimi, xilasedicilər iki gün ərzində təbii fəlakət zonasında itkin düşmüş 9 nəfəri axtarırdılar. Onların hamısı təbii fəlakət  nəticəsində həlak olub.

Təbii fəlakət baş verən ərazidə müvafiq avadanlıq, üzgüçülük vasitələri, texnika və pilotsuz uçuş aparatları ilə 200-dən çox yanğınsöndürən-xilasedici axtarış işləri aparırdı. Axtarış-xilasetmə tədbirinə bir qrup kinoloq da cəlb olunmuşdu.

Bağdatinin Nerqeeti kəndində dünən gecə saatlarında torpaq sürüşməsi baş verib və 4 ev torpaq kütləsinin altında qalıb. Xilasedicilər evlərdən birinin dağıntıları altından 1 nəfəri çıxarıblar və o, klinikaya yerləşdirilib.