Badri Caparidze - Brüsseldə imzalanmış bəyannamədə birlik altında bütün partiyaların birləşməsi deyil, səsləri səfərbər etmək və qorumaq üçün vahid mübarizə nəzərdə tutulur
Badri Caparidze - Brüsseldə imzalanmış bəyannamədə birlik altında bütün partiyaların birləşməsi deyil, səsləri səfərbər etmək və qorumaq üçün vahid mübarizə nəzərdə tutulur

 
Brüsseldə imzalanmış bəyannamədə birlik altında bütün partiyaların birləşməsi deyil, səsləri səfərbər etmək, qorumaq və koalisiya hökumətinin yaradılması üçün vahid mübarizə nəzərdə tutulur -bu haqda “Lelo”nun liderlərindən biri Badri Caparidze açıqlayıb.

O, bildirib ki, sənədi imzalayan partiyalar həm seçkilərdən əvvəl, həm də seçkilərdən sonra hakimiyyətin seçkilər yolu ilə dəyişməsi və koalisiya hökumətinin sürətlə yaradılması üçün mümkün olan hər şeyi etməyi öhdələrinə götürürlər.

“Avropa Parlamentinin ən böyük qrupu tərəfindən Brüsseldə Gürcüstanın müxalifət partiyalarının toplantısı təşkil edildi. Bu toplantının məqsədi gürcü, qərb, milli müxalifətin seçkilərdən əvvəl və sonra planlarını avropalı parlamentarilər ilə birlikdə müzakirə etmək idi. Çox maraqlı və məhsuldar iki günlük görüş keçirildi, bu da ümumi qətnamə sənədinin qəbulu ilə yekunlaşdı.

Bir sıra partiyalar və “Lelo” həm seçkilərdən əvvəl, həm də seçkilərdən sonra “Gürcü arzusu” rejiminin seçkilər yolu ilə dəyişməsi və koalisiya hökumətinin sürətlə yaradılması üçün mümkün olan hər şeyi etməyi öhdələrinə götürürlər.

Avropa Parlamenti ölkənin mümkün qədər sürətlə Avrointeqrasiya yoluna qayıtması üçün Gürcüstanda demokratik islahatların və demokratik dəyişikliklərin həyata keçirilməsində maraqlıdır və bu, yalnız “Gürcü Arzusu hakimiyyətinin” dəyişməsi ilə baş verə bilər.

Brüsseldə imzalanmış bəyannamədə birlik altında bütün partiyaların birləşməsi deyil, səslərin səfərbər edilməsi, qorunması üçün birlik, birgə mübarizə və seçkilərdən sonra koalisiya hökumətinin yaradılması prosesində birlik nəzərdə tutulur”- Caparidze açıqlayıb.

Altı müxalifət partiyası – “Milli Hərəkat”, “Qirçi – Daha Çox Azadlıq”, “Yeni”, “Lelo”, “Droa” və “Quruculuq Strategiyası” Brüsseldə müxalifətin birlik bəyannaməsini imzalayıb.