Babili kəndi yaxınlığında əmələ gələn sürüşmə səbəbindən Kutaisi-Tsğaltubo-Tsaqeri-Lentexi-Lasdili yolunda avtomobillərin hərəkəti qadağan edilib
Babili kəndi yaxınlığında əmələ gələn sürüşmə səbəbindən Kutaisi-Tsğaltubo-Tsaqeri-Lentexi-Lasdili yolunda avtomobillərin hərəkəti qadağan edilib

Kutaisi (Tsğaltubo döngəsi)-Tsğaltubo-Tsaqeri-Lentexi-Lasdili avtomobil yolunun 91 km- 92 km (Babili kəndi) hissəsində 300 m-də güclü yağış nəticəsində torpaq sürüşməsi baş verib.

Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsinin məlumatında deyilir.

Bu səbəbdən bütün növ avtomobillərin hərəkəti qadağandır.

Avtomobil Yolları İdarəsindən verilən məlumata görə, hadisə yerinə müvafiq texnika səfərbər olunub və yolun intensiv təmizlənməsi işləri aparılır.