B.Britaniyanın İsraildəki səfiri - bizə İsrailin qalib gəlməsi lazımdır, Qəzzaya nəzarət "HƏMAS"a qalmamalıdır, eyni zamanda İsrail müharibə qanunlarına əməl etməlidir
B.Britaniyanın İsraildəki səfiri - bizə İsrailin qalib gəlməsi lazımdır, Qəzzaya nəzarət "HƏMAS"a qalmamalıdır, eyni zamanda İsrail müharibə qanunlarına əməl etməlidir

 
Bizə İsrailin qalib gəlməsi lazımdır, Qəzzaya nəzarət “HƏMAS”a qalmamalıdır -bu barədə Böyük Britaniyanın İsraildəki səfiri Saymon Uolters açıqlayıb.

Onun sözlərinə əsasən, İsrail müharibə qanunlarına əməl etməlidir.

Uoltersin açıqlamasına əsasən, Böyük Britaniya yəhudi icmasına qarşı antisemitizmin güclənməsindən narahatdır.

“Biz antisemitizmdən son dərəcə narahatıq. Aksiyalar zamanı antisemit şüarlara və cihada bəzi dəstək çağırışlarına şahid olduq, bu narahatlıq vericidir. Hökumət buna cavab verir, Böyük Britaniyada yəhudilərin təhlükəsizliyinə ciddi yanaşır”-deyə Uolters açıqlayıb.