B. Britaniyanın Baş Qərargah rəisi - Böyük Britaniya və onun müttəfiqləri Rusiyanın Ukraynaya müdaxiləsindən sonra "1937-ci ilin anı" qarşısındadırlar və III Dünya Müharibəsini aradan qaldırmaq üçün mümkün olan hər şeyi etməlidirlər

Böyük Britaniya və onun müttəfiqləri Rusiyanın Ukraynaya müdaxiləsindən sonra “1937-ci ilin anı” qarşısındadırlar və III Dünya Müharibəsini aradan qaldırmaq üçün mümkün olan hər şeyi etməlidirlər. Bu barədə Britaniya ordusunun Baş Qərargah rəisi Patrik Sanders bildirib.

Britaniyalı generalın sözlərinə görə, Rusiya prezidenti Vladimer Putin və onun “ekspansionist ambisiyaları” suverenlik, demokratiya və zorakılıq olmadan yaşamaq azadlığı üçün ən böyük təhlükədir.

Qərb mətbuatının məlumatına görə, britaniyalı general Londonda ordu konfransında çıxış etməyi planlaşdırır və konfransda onun yeganə məqsədinin “müharibənin Avropada yayılmasının qarşısını almaq üçün qoşunları səfərbər etmək, NATO müttəfiqləri və tərəfdaşları ilə birlikdə döyüşməyə və qalib gəlməyə hazır olmaq” olacağını bildirəcək.

Britaniyanın baş naziri Boris Conson artan təhlükəsizlik problemləri fonunda ehtimal ki bu həftə Birləşmiş Krallığın müdafiə xərclərinin artırılacağını açıqlayacaq.