Azərbaycanın xarici işlər naziri - ABŞ-ın Ermənistan tərəfinin iddialarını təkrarlaması qəbuledilməzdir
Azərbaycanın xarici işlər naziri - ABŞ-ın Ermənistan tərəfinin iddialarını təkrarlaması qəbuledilməzdir

Bölgədəki mövcud vəziyyəti yaxşı bilən ABŞ tərəfindən Ermənistan tərəfinin iddialarının təkrarlanması qəbuledilməzdir  – Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, xarici işlər naziri Ceyhun Bayramov bu barədə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüş zamanı bildirib.

Bayramov vurğulayıb ki, Ermənistanın davamlı hərbi-siyasi təxribatlarına, Azərbaycana qarşı böhtan kampaniyasına və Azərbaycan ərazilərində separatizmi dəstəkləməsinə baxmayaraq, Azərbaycan hələ də konstruktiv mövqe sərgiləyir.