Azərbaycanda son 24 saat ərzində koronavirusa 97 yeni yoluxma halı qeydə alınıb

Azərbaycanda son 24 saat ərzində koronavirusa 97 yeni yoluxma halı qeydə alınıb,Covid 19-dan 30 nəfər müalicə olunub,biri isə dünyasını dəyişib. Azərbaycanın ″Trend″  Agentliyinin yazdığına görə, müvafiq məlumatları hökumət yanında Operativ Qərargah yayır.

Azərbaycanda təsdiqlənmiş koronavirusa yoluxma halları 2 519-u təşkil edir. Bunlar arasında 1650 nəfər sağalıb,32 nəfər isə dünyasını dəyişib.

Hazırda xəstəxanalarada  koronavirusa yoluxmuş 837 nəfərin  müalicəsi davam etdirilir.Onlardan 33-nün vəziyyəti ağırdır.

 

 

Hazırladı-Sevinc Mustafayeva