Azərbaycanda xüsusi karantin rejimi uzadılıb - ölkənin quru sərhədləri 2024-cü ilin yanvarın 2-dək açılmayacaq
Azərbaycanda xüsusi karantin rejimi uzadılıb - ölkənin quru sərhədləri 2024-cü ilin yanvarın 2-dək açılmayacaq

 
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb-məlumatı Azərbaycan KİV yayır.

KİV-in yazdığı kimi, Azərbaycanın Baş naziri Əli Əsədov ölkədə xüsusi karantin rejiminin uzadılması ilə bağlı qərarı imzalayıb.

Qərara əsasən, koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının və onun mümkün fəsadlarının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin müddəti 2024-cü ilin yanvarın 2-si, saat 06:00-dək uzadılıb. Rəsmi Bakı karantin rejimini “lazım olana qədər” saxlayacağını açıqlayıb.

Xüsusi karantin rejimi dövründə ölkəyə giriş yalnız hava yolu ilə mümkündür.

Avqust ayında Gürcüstanda yaşayan etnik azərbaycanlılar quru sərhədlərinin açılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə xahişlə müraciət ediblər.

Xüsusi karantin rejimi 2023-cü ilin oktyabrın 2-dək davam etməli idi, lakin Azərbaycan karantin rejiminin uzadılması barədə qərar qəbul edib.

Xatırladaq ki, ölkənin quru sərhədi 2020-ci ilin yazından bağlıdır.