Azərbaycanda, Fransanın Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirmək və bölgədə militarizmi təşviq etmək üçün atdığı addımların sülhə xidmət etmədiyini bildirirlər
Azərbaycanda, Fransanın Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirmək və bölgədə militarizmi təşviq etmək üçün atdığı addımların sülhə xidmət etmədiyini bildirirlər

 
Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən və bölgədə militarizmi təşviq edən Fransanın addımları sülhə xidmət etmir-bu haqda Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Azərbaycandakı səfirinin geri çağırılması ilə bağlı bildirib.

Azərbaycanın Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə əsasən, Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur.

Ayxan Hacızadə bildirib ki, Fransa son 3 il ərzində atdığı addımlar ilə Azərbaycanla Ermənistan arasında suverenlik və ərazi bütövlüyü əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyub və vəziyyətin gərginləşməsinə rəvac verib.

“Azərbaycan tərəfi dəfələrlə Fransaya təhdid və təzyiq dili ilə danışmağın heç bir nəticə verməyəcəyini bildirib və öz milli maraqlarının qorunması üçün bütün zəruri tədbirlər görəcəyini bir daha bəyan edir”- Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib.